AZ

Azərbaycanda AZIPS sistemi vasitəsilə aparılmış əməliyyatların həcmi artıb

Bakı.Trend:

Bu ilin yanvar ayında Azərbaycanda Real Vaxt RejimindəHesablaşmalar Sistemi (AZIPS) vasitəsilə aparılmış əməliyyatlarınümumi həcmi 68,7 milyard manatı, say baxımından isə 129,8 min ədədiötüb.

Trend bu barədəAzərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumatlara görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə busistemdə həyata keçirilən əməliyyatların həcmi 2 milyard manat vəya 3%-dən çox, sayı isə 12,8 min ədəd və ya 10,9% artıb.

Ötən ilin yanvar ayında AZİPS vasitəsilə həyata keçirilənəməliyyatların həcmi 66,8 milyard manat, sayı isə 117 min ədədolmuşdu.

Qeyd edək ki, yanvar ayına olan vəziyyətə görə Azərbaycanda banksistemi və "Azərpoçt" SC vasitəsilə dövriyyədə olan ödənişkartlarının sayı öncəki ayla müqayisədə 176 min ədəd artıb vəümumilikdə 22 milyon 156 min ədəd təşkil edib. 2025-ci ilin müvafiqdövrü ilə müqayisədə isə bu göstərici 11 faiz artmış olub.

Məqalədə:
Seçilən
5
az.trend.az

1Mənbələr