AZ

Ukraynanın iki limanı və bir oteli vurulub

ain.az bildirir, Reyting.az portalına istinadən.

Rusiya ordusu Ukraynanın Odessa bölgəsinə kütləvi dron hücumu edib. Hücum nəticəsində iki limanda yanğınlar baş verib, dağıntılar olub və azyaşlı bir qız da daxil olmaqla, iki nəfər yaralanıb.

Reyting.az xəbər verir ki, bu barədə Odessa prokurorluğu məlumat yayıb.

Prokurorluq bildirib ki, rusların kütləvi pilotsuz təyyarə hücumu nəticəsində yaşayış infrastrukturu və s. məhv olub.

Dövlət Fövqəladə Hallar Xidmətinin regional qərargahının mətbuat xidmətinin məlumatına görə, liman və mülki infrastruktura ziyan dəyib.

“Liman ərazisində, xüsusən də qida məhsulları ilə bağlı genişmiqyaslı konteyner yanğını baş verib. Yaşayış ərazisində tikililərə və şəxsi nəqliyyat vasitələrinə ziyan dəyib”, - qeyd edilib.

Ukrayna Dəniz Limanları Administrasiyası Odessadakı və Dunaydakı limanlara ziyan dəydiyini bildirib.

Ruslar Sumı şəhər mərkəzinə də hücum edərək mehmanxana binasını vurublar. İnsanlar dərhal təxliyə edilib və xəsarət alan olmayıb.

Ukrayna Hərbi Hava Qüvvələri bildirir ki, 27 fevral gecəsi rus ordusu Ukraynaya 187 ədəd “Şahed”, “Gerbera” və “İtalmas” PUA-ları, eləcə də digər növlərlə hücum edib. Səhər saat 8:30-a olan məlumata görə, hava hücumundan müdafiə qüvvələri 165 düşmən PUA-sını vurub.

V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
reyting.az

1Mənbələr