AZ

Yanvarda özəl sektorun idxalı 3% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvarında Azərbaycanın ümumi idxalı əvvəlki illə müqayisədə 750 milyon 168 min dollar və ya 36,6% azalaraq 1 milyard 302 milyon 215 min ABŞ dollarına bərabər olub.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal əməliyyatlarında dövlət sektorunun payı 8,46% (110 mln. 169 min dollar), özəl sektorun payı 81.65% ( 1 mlrd. 63 mln. 285 min dollar), fiziki şəxslərin payı isə 9,89% ( 128 mln. 760 min dollar) təşkil edib.

Əvvəlki illə müqayisədə özəl sektorunun idxalı 30 milyon 648 min dollar və ya 3% artıb.

Qeyd edək ki, ötən ay özəl sektorunun ixracı 299 mln. 92 min dollar təşkil edib ki, bu da illik müqayisədə 299 mln. 92 min dollar və ya 16,5% azdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
10
1
banco.az

2Mənbələr