AZ

Ağ Evdə İrana qarşı hərbi planlar Hücum ssenariləri Trampa təqdim edildi

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuper Prezident Donald Trampa İrana qarşı hərbi güc tətbiqi ilə bağlı təkliflərini təqdim edib".

Oxu.Az xəbər verir ki, bunu sosial şəbəkə hesabında nüfuzlu "Axios" nəşrinin və İsrail telekanallarından birinin əməkdaşı Barak Ravid adı açıqlanmayan ABŞ rəsmisinə istinadən yazıb.

Onun sözlərinə görə, Kuper fevralın 26-da ölkə başçısına İrana qarşı hərbi variantlar barədə məlumatlar verib.

Jurnalist ABŞ tərəfinin sözügedən məsələ ilə bağlı hər hansı qərar qəbul edib-etmədiyini dəqiqləşdirə bilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
oxu.az

1Mənbələr