AZ

Tramp ABŞ-də saxlanılan azərbaycanlı tələbəni azadlığa buraxdırdı

ABŞ-də federal hakimiyyət orqanları tərəfindən Kolumbiya Universitetinin tələbəsi, Azərbaycan vətəndaşı olan Elmina Ağayeva saxlanılıb.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin əməkdaşları Manhettendə, universitetin Nyu-York şəhərindəki yataqxanasına girərək, Elmina Ağayeva saxlayıblar.

Lakin bir neçə saat sonra tələbə qız azadlığa buraxılıb. Qeyd edilir ki, onun azadlığa buraxılması üçün Nyu-York meri Zoran Mamdani Prezident Donald Trampdan xahiş edib. Daha sonra Tramp merə zəng edərək Ağayevanın Ağ Evdə keçirilən görüşdən sonra azadlığa buraxılacağını deyib.

Kolumbiya Universitetinin sədri səlahiyyətini icra edən Kler Şipman İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) saxta bəhanə ilə universitet ərazisinə girməkdə ittiham edib.

Şipman sözlərinə görə, hüquq-mühafizə orqanlarının bütün əməkdaşlarının kampusun yataqxanalarına və digər qeyri-ictimai ərazilərinə daxil olmaq üçün məhkəmə orderi və ya çağırış vərəqəsi tələb olunur. Şipman əlavə edib ki, Kolumbiya Universitetinin ictimai təhlükəsizlik xidməti əməkdaşının çoxsaylı xahişlərinə baxmayaraq, federal agentlər order təqdim etməyiblər.

Manhetten dairəsinin rəhbəri Bred Hoylman-Siqalın məlumatına görə, ICE əməkdaşları yataqxana ərazisinə girmək üçün 5 yaşlı qızın itkin düşdüyü ilə bağlı saxta elandan istifadə ediblər.

"Onlar tələbənin mənzilinə daxil olmaq üçün məqsədyönlü şəkildə kampus təhlükəsizlik xidmətini aldadıblar. Vətəndaş hüquqlarının pozulması miqyası heyrətamizdir", - deyə Hoylman-Seqal bildirib.

Belə ki, federal agentlər binaya girərkən özlərini itkin düşmüş uşağı axtaran polis məmurları kimi təqdim ediblər.

Seçilən
28
3
far.az

4Mənbələr