"Çelsi"nin yarımmüdafiəçisi Koul Palmerin nümayəndələri baş məşqçi Liam Rosenyor ilə müzakirələr aparıblar.
90deqiqe.Az-ın "MatchDay Central"a istinadən məlumatına görə, 23 yaşlı futbolçunun agentləri öz mövqelərini məşqçiyə çatdırıblar. Onlar hesab edirlər ki, Palmer ehtiyat oyunçu üçün nəzərdə tutulmuş futbolçu deyil və daha çox hörmətə layiqdir.
Palmerin nümayəndələri vurğulayıblar ki, yarımmüdafiəçi ona uyğun rol və müntəzəm oyun vaxtı verildiyi halda dərhal komandaya fayda verə bilər.
Cari mövsümdə Palmer bütün turnirləri nəzərə alaraq 19 oyunda meydana çıxıb, 9 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
"Çelsi" 1 martda "Arsenal"ı qəbul edəcək. Premyer Liqanın 28-ci turunun bir hissəsi olan London derbisi Bakı vaxtı ilə saat 20:30-da başlayır.