AZ

Domeniko Tedesko: “Məğlub olduq, amma…”

İstanbulun Fənərbaxça klubunun baş məşqçisi Domenico Tedesco oyundan sonra açıqlama verib.

Vətəninfo.az xəbər verir ki, o, qarşılaşmadan sonra soyunub-geyinmə otağındakı atmosferin müsbət olduğunu bildirib: “Oyundan sonra soyunub-geyinmə otağındakı ab-hava çox yaxşı idi. Cəsarətli oyun sərgilədik. Turu Kadıköydə uduzmuşduq. Rəqibin baş məşqçisi yeni təyin olunmuşdu və komanda normal səviyyəsindən daha yaxşı çıxış etmişdi. Biz isə öz səviyyəmizdən aşağı oynamışdıq”.

Tedesko qeyd edib ki, bugünkü oyunda komanda daha yetkin performans nümayiş etdirib və bir sıra qol vəziyyətləri yaradıb: “İkinci qolu daha tez, hətta ilk hissədə də vura bilərdik. İçində olduğumuz vəziyyət budur və bunu qəbul etməliyik”.

Mütəxəssis məğlubiyyətə baxmayaraq futbolçuların mübariz ruhunu yüksək qiymətləndirib: “Məğlub olduq, amma başımız dik şəkildə mübarizəni dayandırdıq”.

Seçilən
10
veteninfo.az

1Mənbələr