AZ

Milli Məclisdən araşdırma təşəbbüsünün ləğvi ilə bağlı ÇAĞIRIŞ

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Milli Məclisində Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri adından Birləşmiş Krallıq parlamentinin bir sıra nümayəndələrinə müraciət ünvanlanıb.

Hafta.az xəbər verir ki, bu barədə Milli Məclisin ictimaiyyətlə əlaqələr çöbəsindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, işçi qrupunun rəhbəri Fariz İsmayılzadə fevralın 25-də qrup adından Helena Kennedy, Brendan O’Hara və Jessica Mordenə məktub göndərib.

Məktubda Birləşmiş Krallıq parlamentində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində vaxtilə mövcud olmuş qanunsuz separatçı rejimlə bağlı irəli sürülən araşdırma təşəbbüsünün narahatlıq və məyusluq doğurduğu vurğulanıb. Qeyd edilib ki, belə bir addım Azərbaycan və Ermənistan arasında irəliləyən və rəsmi Londonun da dəstəklədiyi sülh prosesinə xələl gətirə bilər.

Bildirilir ki, Ermənistanın uzun illər davam edən işğal siyasəti nəticəsində bir milyona yaxın azərbaycanlı doğma yurdlarından didərgin düşüb. Hazırda isə tərəflər ABŞ və Avropa tərəfdaşlarının dəstəyi ilə sülh gündəliyində real irəliləyiş əldə edirlər. Bu baxımdan, mövcud olmayan separatçı rejimlə bağlı dinləmələrin keçirilməsi təşəbbüsünün radikal və sülhə qarşı çıxan dairələrin qərəzli məlumatlarına əsaslana biləcəyi diqqətə çatdırılıb.

Seçilən
0
hafta.az

1Mənbələr