AZ

BVF Ukraynaya 8,1 milyard dollarlıq kredit ayırıb

Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndələri Ukrayna üçün yeni dörd illik yardım proqramı çərçivəsində daha 8,1 milyard dollarlıq kreditin verilməsini təsdiqləyiblər.

Bu barədə agentliyin veb saytındadərc olunmuş açıqlamada bildirilib.

Mətndə deyilir ki, “BVF-nin İcraiyyə Şurası Ukrayna üçün Genişləndirilmiş Fond Mexanizmi (EFF) proqramı çərçivəsində 8,1 milyard dolları təsdiqləyib”.

Ayrılmış maliyyələşdirmənin ilk hissəsi, 1,5 milyard dollar, "dərhal" Kiyevə göndəriləcək. Bütün vəsaitin makroiqtisadi sabitliyin qorunmasına və ölkənin yenidən qurulmasına xərclənəcəyi gözlənilir.

Seçilən
9
aznews.az

1Mənbələr