AZ

Əfqanıstan Pakistana hərbi zərbələr endirib

Əfqanıstan–Pakistan sərhədində hərbi toqquşmalar yenidən alovlanıb, Pakistanın Nauşera şəhəri yaxınlığındakı hərbi bazaya zərbə endirilib.

Bu barədə Əfqanıstanın "Ariana News" telekanalı təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Pakistanın Svaibi və Bhutto bölgələrindəki hərbi düşərgələr pilotsuz uçuş aparatları ilə vurulub. Bu barədə "Ariana News" sosial şəbəkə X-də paylaşım edib.

Daha sonra Əfqanıstan Müdafiə Nazirliyi Pakistanın hərbi obyektlərinə, o cümlədən İslamabad yaxınlığındakı Fayzabad ətrafında yerləşən hərbi düşərgəyə, Cəmrud bölgəsindəki mövqelərə və Abbotabad şəhərindəki digər obyektlərə zərbələr endirildiyini təsdiqləyib.

Seçilən
1
aznews.az

1Mənbələr