AZ

Sərkisyan və Köçəryan Xocalıya görə Bakıya təhvil veriləcək? Ermənilərə müraciət

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sərkisyanın hakimiyyəti dövründə, erməni silahlı birləşmələri Rusiyanın 366-cı alayının dəstəyi ilə Xocalıda yaşayan mülki əhaliyə qarşı kütləvi qətliam törədiblər”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin fevralın 27-də keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, faciənin beynəlxalq ictimaiyyətə tanıdılması istiqamətində Heydər Əliyev Fondu mühüm fəaliyyət göstərib:

“Xocalı artıq işğaldan azad edilsə də, cinayəti törədən şəxslər məsuliyyətə cəlb olunmayınca soyqırımı qurbanlarının ruhunun rahatlıq tapması mümkün deyil.

Ermənistanın mövcud siyasi şəraitində radikal millətçi qüvvələrin yenidən hakimiyyətə gəlmək cəhdləri müşahidə olunur və bu, regionda yeni risklər yarada bilər.

Azərbaycan Ermənistan cəmiyyətinə açıq çağırış ünvanlamalı, Xocalı qətliamında iştirak edən şəxslərin yenidən hakimiyyətə qayıtmasının ağır nəticələrə səbəb ola biləcəyini bəyan etməlidir. Eyni zamanda, rəsmi İrəvandan Xocalı hadisələrində iştirak etmiş şəxslərin cəzalandırılması tələb olunmalıdır.

Azərbaycanın sülh gündəliyini davam etdirərək baş nazir Nikol Paşinyan hökuməti ilə sülh sazişi imzalamağa çalışması vacibdir, nəqliyyat kommunikasiyalarının açılmasından sonra isə iqtisadi və humanitar əlaqələrin inkişafı zəruridir. Türkiyənin Ermənistanla mümkün əməkdaşlığı sülh prosesini ləngitdiyi halda bu, Ermənistan üçün perspektiv vəd etməyəcək və Azərbaycana da fayda gətirməyəcək”.

Safura Bənnayeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
globalinfo.az

1Mənbələr