AZ

Mədəniyyətin bütün sahələrinə aid qanunlar yoxdur

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

"Ölkəmizdə mədəniyyət sahəsi yalnız bir qanunla tənzimlənmir. Bu sırada “Mədəniyyət haqqında”, “Kinematoqrafiya haqqında”, “Muzeylər haqqında”, “Kitabxana işi haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” və digər qanunları qeyd etmək olar. Göründüyü kimi, sadaladığım qanunvericilik aktları, heç də mədəniyyətin bütün sahələrini əhatə etmir". Modern.az xəbər verir ki, bunları Milli Məclisin iclasından deputat Elçin Mirzəbəyli deyib.O qeyd edib ki, rəssamlıq, heykəltaraşlıq, bəstəkarlıq, ədəbi fəaliyyət və mədəniyyətin, incəsənətin digər sahələri haqqında ayrıca qanunvericilik aktları yoxdur. 

“Halbuki qeyd etdiyim sahələr, müasir dövrdə mədəni və yaradıcı sənaye anlayışına daha çox uyğun gəlir və mədəniyyət sektorunda dəyər yaradan sahələr hesab olunurlar”.

Deputat qeyd edib ki, mədəniyyət və yaradıcı sənaye sahəsini əhatə edən normativ-hüquqi bazanın sistemləşdirilməsi, vahid məcəllənin hazırlanması və qəbul edilməsi doğru olardı:

“Belə bir yanaşma hüquqi pərakəndəliyi aradan qaldıra, investorlar üçün aydın mühit yarada, dövlət siyasətinin vahid konseptual çərçivəsinin - konsepsiyanın hüquqi bazasının formalaşdırılmasına yol aça bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
modern.az

1Mənbələr