AZ

Nazirlik 245 min manat vergi borcu olan “Uniklinika”da yoxlamalara başladı



Bir neçə gün əvvəl Bakı şəhərində fəaliyyət göstərən “Uniklinika” adlı özəl tibb müəssisəsinin külli miqdarda vergi borcu yarandığına dair məlumat yaymışdıq. Belə ki, vergi uçotuna “Unikal-A” MMC adı ilə alınan “Uniklinika”nın dövlətə 245 min 734 manat vergi borcu mövcuddur. Eyni zamanda, həmin klinikanın əməkdaşlarının maaşları da uzun müddət gecikdirilir. Məsələnin ictimailəşməsindən sonra dövlət qurumları hərəkətə keçiblər.

“Unikal”ın əldə etdiyi məlumata görə, artıq Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən “Uniklinika”da yoxlamalara başlanılıb. Yoxlamalar nəticəsində bir sıra nöqsanların üzə çıxdığı bildirilir.

Hazırda “Uniklinika”da yoxlama prosesi davam etdirilir.

Yaxın günlərdə yoxlamanın nəticələri ilə bağlı ətraflı məlumat verəcəyik.

aia.az



Seçilən
3
6
aia.az

7Mənbələr