AZ

Politico: “Budapeşt Aİ-yə şərt qoyub”

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən Avropanın “Politico” nəşri belə məlumat yayıb.

Macarıstan bundan əvvəl Rusiyaya qarşı sanksiyaların 20-ci raunduna veto qoyaraq, Uraynanın “Drujba” boru kəməri vasitəsilə neft tədarükünü bloklaması səbəbindən Aİ-nin Kiyevə 90 milyard avroluq kreditini təsdiqləməkdən imtina edib.

“İndi isə Macarıstan hakimiyyəti Aİ-nin “SAFE” silahlanma proqramı çərçivəsində müdafiə krediti üçün Budaöpeştin müraciəti təsdiqlənənə qədər sanksiyaları bloklamağa davam edəcək”, - adı açıqlanmayan diplomatlar vurğulayıblar.

Avropa:“Ukrayna “Drujba” kəmərini təmir etməlidir”
Avropa Komissiyası (AK) öz növbəsində hələlik Macarıstanın müraciətini təsdiqləməyib və Budapeştə “təzyiq göstərmək üçün” 2,4 milyard avroluq ilk tranşın verilməsini təxirə salır.
AK özü kreditin bloklanmasını təkzib edir. Qəzetin mənbələrinin fikrincə, ləngimənin siyasi mahiyyət daşımadığını göstərmək üçün AK Macarıstanın müraciətini təsdiqləməlidir.

Macarıstanın məlumatlarına görə, 27 yanvardan bəri “Drujba” boru kəməri ilə MOL neft emalı zavodlarına neft çatdırılmayıb. Budapeşt Kiyevin Rusiyadan xam neftin tranzitini sırf siyasi səbəblərdən dayandırdığına əmindir. Buna cavab olaraq Macarıstan, digər məsələlərlə yanaşı, Ukraynaya dizel yanacağı tədarükünü dayandırıb və elektrik enerjisi təchizatını kəsməklə hədələyib.

Slovakiyanın Baş naziri Robert Fitso da Kiyev “Drujba” boru kəməri ilə bu ölkəyə neft tranzitini bərpa etməsə, hökumət 23 fevraldan etibarən Ukraynaya elektrik enerjisi tədarükünü dayandıracağını açıqlamışdı.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
9
1
azvision.az

2Mənbələr