AZ

Qazaxıstanda partlayış olub - 7 ölü, 19 yaralı

Qazaxıstanın Şuçinsk şəhərində birmərtəbəli kafedə qaz balonu partlayıb və yanğın baş verib. 

Missiya.Az xəbər verir ki, hadisə nəticəsində 7 nəfər ölüb, 19 nəfər yaralanıb.

Akmola Vilayətinin Fövqəladə Hallar Departamentindən bildirilib ki, yanğınsöndürənlər səkkiz qaz balonunu binadan çıxararaq onlarla insanı xilas ediblər. Şahidlərin sözlərinə görə, insanlar çölə qaçıblar və bəzi şəxslər ağır yanıq xəsarətləri alıblar.

Partlayışın səbəbi araşdırılır.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
14
missiya.az

1Mənbələr