AZ

Doğum sayı 127 ilin antirekordunu qırıldı

Dünya miqyasında bir çox ölkənin əhalisi doğum göstəricilərinin aşağı düşməsi səbəbindən azalmağa davam edir. Əhalisi daim qocalan Yaponiyada doğum səviyyəsi 127 ilin ən aşağı həddinə geriləyib.

"Cebheinfo.az" xəbər verir ki, Yaponiyada 2025-ci ildə dünyaya gələn körpələrin sayı 705 min 809-a düşərək 1899-cu ildən bəri ən aşağı səviyyəyə enib. Doğumlar əvvəlki ilə nisbətən 2,1% azalarkən, bu azalma ardıcıl olaraq 10-cu ilə keçib.

Beləliklə, doğum sayı rəsmi proqnozlardan 17 il daha tez 710 minin altına düşmüş oldu. Ölüm sayı 1,61 milyon təşkil edərkən, nikahların sayında cüzi artım müşahidə edilib.

Yaponiyanın 2025-ci ilə dair demoqrafik məlumatları doğum sayındakı geriləmənin davam etdiyini ortaya qoydu.

Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyi tərəfindən açıqlanan məlumatlara görə, ötən il ölkədə 705 min 809 körpə dünyaya gəlib. Bu rəqəm rəsmi qeydiyyatın aparılmağa başladığı 1899-cu ildən bəri görülən ən aşağı səviyyədir.

Yeni doğulanların sayı əvvəlki ilə nisbətən 2,1% azalıb. Bununla da ölkədə doğum sayı illik əsasda ardıcıl olaraq 10-cu dəfə eniş göstərib.

Tarixi məlumatlara görə, Yaponiyada doğum sayı 1949-cu ildə 2,69 milyonla pik həddə çatmış, 1973-cü ildə 2,09 milyon, 1983-cü ildə isə 1,5 milyon səviyyəsində reallaşmışdı. Doğum sayı ilk dəfə 2016-cı ildə 1 milyonun altına düşmüşdü.

Digər tərəfdən, Milli Əhali və Sosial Təhlükəsizlik Araşdırmaları İnstitutu "yeni doğulanların sayının 2042-ci ildən əvvəl 710 minin altına düşməyəcəyi" proqnozunu vermişdi. Lakin 2025-ci ilin məlumatları bu proqnozun 17 il əvvəl reallaşdığını göstərdi.

Eyni dövrdə ölkədə qeydə alınan ölüm sayı əvvəlki illə müqayisədə 13 min 30 nəfər azalaraq 1,61 milyon olaraq açıqlanıb. Nikahların sayı isə 2024-cü ilə nisbətən 1,1% artaraq 505 min 656-ya yüksəlib.

Seçilən
12
1
cebheinfo.az

2Mənbələr