ain.az, Olay.az saytına istinadən bildirir.
Aparıcı Zaur Nəbioğlunun “Rəngarəng” verilişinin bağlandığı iddia olunub. Buna səbəb proqramın efirə getməməsi və təkrarının yayımlanması olub.
OLAY məsələni dəqiqləşdirib və “Azad Azərbaycan” telekanalının Media və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ozal İbrahimli ilə əlaqə saxlayıb. O. İbrahimli saytımıza xəbərin yalan olduğunu və proqramın fəaliyyətini dayandırmadığını bildirib.
Bundan əlavə, layihənin prodüseri Aytac Bayramzadə verilişin birinci gündən efirəd olacağını vurğulayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.