Ukrayna prezidenti Vladimir Zelenski ictimai etimad reytinqində dördüncü yerdədir.
Publika.az xəbər verir ki, bu barədə "Ipsos" sorğu keçirib.
Respondentlərin 49%-i Zelenskiyə etibar edir. Birinci yerdə Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı 63% səslə, ikinci yerdə boksçu Aleksandr Usik 56% səslə, üçüncü yerdə isə Prezident Administrasiyasının rəhbəri Kirill Budanov 55% səslə qərarlaşıb.
Xatırladaq ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutu əvvəllər də oxşar məlumatları dərc edib: Yanvar ayında respondentlərin 62%-i Zelenskiyə, 72%-i Zalujnıya və 70%-i Budanova etibar edib.