AZ

Qazaxıstanda faciə: çoxsaylı ölən və yaralılar var

ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qazaxıstanın Şuçinsk şəhərindəki mənzil binasının yanında yerləşən birmərtəbəli kafedə qaz balonu partlayıb. Partlayışdan sonra yanğın baş verib. Faciə zamanı 7 nəfər ölüb, 19 nəfər yaralanıb.

Reyting.az-ın məlumatına görə, vilayətin Fövqəladə Hallar Departamenti bildirib ki, hadisə yerinə gələn yanğınsöndürənlər binadan 8 qaz balonu çıxarıb və 10-dan çox insanı xilas ediblər.

Şahidlərdən biri deyib ki, hər şey bir anda baş verdi: “İnsanlar çölə qaçdılar. Hamı yanıq xəsarətləri almışdı. Aşpaz, işçilər - hamı qarın üzərində uzanmışdı. Yoldan keçən insanlar binanın içindəkiləri çıxarmağa çalışdılar. Mən də ora qaçdım və xalamı gördüm. Onu çölə çıxarırdılar, o, yanmışdı. Bəzi insanların saçları yanmışdı”.

Qeyd edək ki, hüquq-mühafizə orqanları partlayışın səbəbi ilə bağlı araşdırmaya başlayıb.

V. QULİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
reyting.az

1Mənbələr