AZ

"Oyunçuların yoxluğu həmişə məyusluq yaradır"

“Liverpul”un baş məşqçisi Arne Slot komandadakı vəziyyətlə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, niderlandlı çalışdırıcı bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Frimponq bu həftə bir neçə dəfə bizimlə məşq edib. Ona görə də o, oynamaq üçün hazırdır. Amma Virts meydana çıxmayacaq. Bu, mənim üçün böyük məyusluqdur. Hər dəfə oyunçu iştirak edə bilmədikdə, bu, məni məyus edir. Virts nə vaxt qayıdacaq? Hazırda bunu bilmirəm. Adətən, belə dedikdə, mən hər şeyi bilirəm, amma məlumat paylaşmaq istəmirəm. Amma bu dəfə həqiqətən bilmirəm”.

Xatırladaq ki, Florian Virts əvvəlki oyun öncəsi “Nottinqem Forest” qarşılaşması üçün isinmə zamanı zədələnmişdi.

Qeyd edək ki, “Liverpul” 28 fevral evdə "Vest Hem" ilə qarşılaşacaq.

Seçilən
11
90deqiqe.az

1Mənbələr