AZ

Qırğızıstan regional lider olmağı hədəfləyir

BAKI, 27 fevral. TELEQRAF

“Son beş ildə Qırğızıstanda bütün sahələrdə dəyişikliklər baş verib və hökumət bütün vədlərini yerinə yetirib”.

Teleqraf xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov deyib.

O bildirib ki, 2021-ci ildən bəri vergi gəlirləri təxminən dörd dəfə, gömrük rüsumları altı dəfə, vergi olmayan gəlirlər isə təxminən doqquz dəfə artıb:

“Əvvəllər yalnız vəziyyətin sabitləşdirilməsindən danışırdıqsa, indi ölkənin inkişafından danışırıq. Bu gün artıq regionda strateji lider olmağı hədəfləyirik. Dənizə çıxışı olmayan və resursları məhdud ölkə olmağımıza baxmayaraq, yüksək artım templərinə nail ola biləcəyimizi sübut etdik. Amma bunun üçün üç şərt tələb olunur: yüksək keyfiyyətli idarəetmə və siyasi iradə, institutsional intizam və dövlət maraqlarını şəxsi maraqlardan üstün tutmaq”.

Japarov əlavə edib ki, 2030-cu ilə qədər bir sıra məqsədlər müəyyən edilib: adambaşına düşən ÜDM-i 4500 dollara çatdırmaq və ümumi iqtisadi həcmi ən azı 30 milyard dollar səviyyəsində təmin etmək:

“Hədəf həmçinin Davamlı İnkişaf Məqsədlərinə nail olmaqda dünyanın aparıcı 30 ölkəsindən biri olmaq və İnsan İnkişafı İndeksi üzrə mövqeyini 10 bal yaxşılaşdırmaqdır”.

Seçilən
11
teleqraf.com

1Mənbələr