ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
“Məhsəti” qısametrajlı bədii filmi çəkilsə də, nümayişinə qadağa qoyuldu, təqdim edilmədi. Filmə ayrılan vəasitin taleyi necə oldu?”
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.
“Xarici şirkətlər tərəfindən çəkilmiş filmlərdə bəzi vəsaitlərin geri qaytarılacağı qeyd edilib. Bəs bizdə də bu vəziyyət yaranacaqmı? Aidiyyəti qurumlar bu məsələyə ciddi yanaşmalıdırlar. Həmin filmin mətnini kim oxudu? Kim çəkilib hazırlanmasına razılıq verdi? Həmin şəxslər bunun Azərbaycanda necə qarşılanacağını analiz edə bilmədi? Bu qədər büdcə ayrılır, xərc çəkilir, nəticədə həmin film təqdim olunmadı. Bu, ciddi məsələdir”, – deyə millət vəkili qeyd edib.
O bildirib ki, həmin vəsaitin ayrılmasına qərar verən və bu prosesdə iştirak edən vəzifəli şəxslər də öz fəaliyyətlərinə görə birbaşa məsuliyyət daşımalıdırlar:
“Əks halda, vəsait ayrıldıqdan sonra onun istifadəsi ilə bağlı problemlər yarandıqda məsuliyyətin müəyyənləşdirilməsi çətinləşir və nəzarət mexanizmləri faktiki olaraq nəticəsiz qalır. Bu səbəbdən, vəsaitlərin ayrılması və istifadəsi prosesində iştirak edən aidiyyəti şəxslərin birbaşa məsuliyyətinin qanunvericilikdə açıq şəkildə təsbit olunmasını məqsədəuyğun hesab edirəm”.
Safura bənnayeva
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.