Gəncədə əsən güclü külək şəhərin bir sıra ərazilərində ciddi fəsadlara səbəb olub.
"Yeni Sabah" gencexeber.az-a istinadla xəbər verir ki, Mirzə Abbas Abbaszadə küçəsi, Heydər Əliyev prospekti və dördüncü mikrorayon ərazisində bir neçə ağac kökündən qoparaq aşıb. Aşan ağaclar ətrafda hərəkəti çətinləşdirib.
Bundan başqa, qeyri-sabit hava şəraiti nəticəsində Nizami Gəncəvi prospektində üç işıqlandırma dirəyi aşaraq yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, Hazırda küləkli hava şəraiti davam edir.
Telegram kanalımız