AZ

Sabir Rüstəmxanlı: Yüz ildir həllini tapmayan türkoloji məsələlərlə bağlı proqramlar hazırlanmalıdır

Yüz il ərzində həllini tapmayan türkoloji məsələlərlə bağlı proqramlar hazırlanıb icra edilməlidir.

"Far.Az" xəbər verir ki, bunu Xalq şairi Sabir Rüstəmxanlı "Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik" mövzusunda beynəlxalq elmi konfransda deyib.

Onun sözlərinə görə, Birinci Türkoloji Qurultayda ortaya qoyulan ciddi məsələlər yüz ildir həll edilməyib:

"Həmin məsələlər türk tarixi, türklərin qonşu dövlətlərlə münasibətləri ilə bağlı mövzuları əhatə edir. Bu ciddi məsələlər yüz il ərzində araşdırılıb başa çatdırılmayıb. Ona görə də budəfəki qurultayda daha ciddi addımlar atılmalı, türkologiyanın və türkçülüyün inkişafı ilə bağlı proqramlar hazırlanıb icra edilməlidir".

Seçilən
12
far.az

1Mənbələr