AZ

Qaxlı gənclər uğurlu marketinqin sirlərini öyrənirlər

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Qax, 27 fevral, AZƏRTAC

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı, Balakən rayonu üzrə gənclər və idman sektorunun dəstəyi ilə Qax rayonunda gənclər üçün “Uğurlu marketinqin sirləri” mövzusunda təlim keçirilib. Təlimdə gənc sahibkarlar, fəal, biznes fəaliyyətinə maraq göstərən gənclər iştirak ediblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional İdarənin Qax rayonu üzrə gənclər və idman sektorundan bildirilib.

Bildirilib ki, təlimdə Beynəlxalq Əmək Təşkilatının beynəlxalq təlimçisi Sərxan Hacıyev iştirakçılara marketinqin əsas anlayışları, bazar və müştəri analizi, liderlik və idarəetmə, həmçinin marketinq planı və strategiyası barədə ətraflı məlumat verib.

Təlimin keçirilməsində əsas məqsəd gənclərin biznes bacarıqlarının artırılması və marketinq alətləri ilə tanış olmalarıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
azertag.az

1Mənbələr