AZ

Lüksemburqda Xocalı həftəsi

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 27 fevral, AZƏRTAC

Lüksemburqda fəaliyyət göstərən LuxAz-Lüksemburq Azərbaycan Dostluq Assosiasiyası Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı silsilə tədbirlərini davam etdirir.

AZƏRTAC xəbər verir ki, Lüksemburq şəhərinin Place Emile-Hamilius meydanında və iş mərkəzlərində genişmiqyaslı maarifləndirmə aksiyası həyata keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan kampaniya bu dəfə birbaşa yerli ictimaiyyətə hədəflənib.

Kampaniyanın ən diqqətçəkən hissəsi olaraq, “Justice for Khojaly” (Xocalıya ədalət) məlumat çarxları Lüksemburq şəhərində yerləşən 97 strateji ofis binasının rəqəmsal ekranlarında yayımlanıb. Gün ərzində davam edən bu vizual təbliğat paytaxtın işgüzar dairələrini və geniş auditoriyanı əhatə edərək faciə barədə beynəlxalq məlumatlılığı artırıb.

Eyni zamanda, şəhərin Place Emile-Hamilius meydanında sakinlərə faciə ilə bağlı tarixi faktları, rəqəmləri və beynəlxalq hüquqi aspektləri əks etdirən vərəqələr paylanılıb, 1992-ci ilin 26 fevralında baş vermiş insanlıq əleyhinə cinayət barədə ətraflı məlumat verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
azertag.az

1Mənbələr