AZ

Mamdani-Tramp görüşündə şok detal: Görün Trampa nə hədiyyə etdi - FOTO

ABŞ Prezidenti Tramp Nyu-York şəhər meri Mamdani ilə gözlənilməz görüş keçirib.

Turkustan.az xəbər verir ki, görüşdən sonra Mamdani bildirib ki, "Trampla məhsuldar görüşüm olub. Nyu-Yorkda daha çox mənzil tikməyi səbirsizliklə gözləyirəm". Görüşün diqqətəlayiq bir detalı Mamdaninin Trampa hədiyyə etdiyi "saxta" qəzet olub.

Nyu-York meri seçildikdən sonra ikinci dəfə Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşən Zöhran Məmdani bu dəfə prezidentə iki konkret xahişlə müraciət edib.

Görüşdən xəbərdar olan mənbənin sözlərinə görə, Mamdani Trampdan uzun müddətdir gözlənilən 12.000 əlverişli ev və Kvinsdəki Sanniside Yards ərazisində tamamilə yeni bir məhəllə tikmək layihəsi üçün 21 milyard dollar federal qrant istəyib. O, həmçinin İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən saxlanılan beş tələbənin adlarını da gətirərək Trampın onların azadlığa buraxılmasına razı olacağına ümid edib.

Bu görüş mer və prezidentin ilk görüşləri zamanı mənzil tikintisi ilə bağlı gözlənilməz ortaq məxrəc tapdıqlarını bildirmələrindən sonra baş tutdu.

Aytən Yaşar/ Turkustan.az

Mamdani-Tramp

Seçilən
10
1
turkustan.az

2Mənbələr