AZ

Pakistanlı senator: Rusiya ilə münasibətlərdə yeni yüksəliş mərhələsi başlayıb- ÖZƏL

Pakistan və Rusiya arasında münasibətlərdə nəzərəçarpacaq canlanma müşahidə olunur. Olaylar.az xəbər verir ki, bu barədə Pakistan Senatının müdafiə komitəsinin sədri, senator Muşahid Hüseyin Syed "Moskva-İslamabad" media forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında əlaqələrin inkişafında "çox aktiv və yüksələn mərhələ" yaşanır. Senator qeyd edib ki, bu proses qlobal siyasi və iqtisadi sistemdə baş verən dəyişikliklər fonunda baş verir.
M. H. Syed bildirib ki, hazırda dünyada siyasi və iqtisadi güc mərkəzləri Qərbdən Şərqə doğru dəyişir və bu, yeni reallıq formalaşdırır. Onun fikrincə, Qərb əvvəlki mövqelərini tədricən itirir və "Asiya əsri" başlayır. Senator bu tendensiyanı "qlobal Cənubun və qlobal çoxluğun yüksəlişi" ilə əlaqələndirib.
Pakistanlı senatorun qənaətincə, Rusiya ilə Pakistan arasında münasibətlərin genişlənməsi də məhz bu yeni beynəlxalq kontekst çərçivəsində baş verir və ənənəvi Qərb yanaşmalarından fərqli yeni dünya baxışının formalaşması ilə üst-üstə düşür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr