
Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistan, Əfqanıstan, Qətər və Səudiyyə Ərəbistanından olan həmkarları Məhəmməd İshaq Dar, Əmir Xan Mottaki, Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Sani və Feysəl bin Fərhan Əl-Səud ilə telefon danışığı aparıb.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı Pakistan və Əfqanıstan arasında son hadisələr müzakirə olunub.
Daşqın HəsənovMissiya.Az