AZ

"“Milli Məclis” yox, “Millət Məclisi” olmalıdır” - Deputat

Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan dilinin qrammatik normalarına əsasən, bəzi terminlərin işlənməsində dəqiqləşdirməyə ehtiyac var".

Hafta.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mədəniyyət haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Rafael Hüseynov səsləndirib.

Deputat bildirib ki, “mədəni sənaye” ifadəsi əvəzinə “mədəniyyət sənayesi”, “mədəni yaradıcılıq” yerinə isə “mədəniyyət yaradıcılığı” terminləri daha doğru hesab edilməlidir.

Onun sözlərinə görə, “mədəni yaradıcılıq” ifadəsində məna çalarları tam şəkildə əksini tapmır.

Deputat əlavə edib ki, terminoloji baxımdan “Milli Məclis” deyil, “Millət Məclisi” ifadəsi daha uyğun olardı:

“Türkiyədə də bu cür işlədilir. Biz ‘millət vəkili’ deyirik, ‘milli vəkil’ yox”.

Seçilən
15
hafta.az

1Mənbələr