AZ

“Qarabağ”ın ÇL macərası: Saya-hesaba gəlməyən ilklər və rekordlar

Azərbaycan klubları üçün avrokubokların 2025/26 mövsümü başa çatıb.

Publika.az xəbər verir ki, mübarizəni davam etdirən sonuncu təmsilçimiz - UEFA Çempionlar Liqasının pley-offuna qədər irəliləyən “Qarabağ” 1/8 final şansını İngiltərənin “Nyukasl” klubu ilə matçlarda əldən verib. Qurban Qurbanovun yetirmələrinin cari mövsümdəki avrokubok çıxışı tarixi nailiyyətlərlə əlamətdar olub.

Peşəkar Futbol Liqasının məlumatına görə, Azərbaycan futbolu tarixində ikinci dəfə əsas mərhələyə yüksələn “Qarabağ” buna Liqa formatlı turnirdə nail olmaqla ilkə imza atıb.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsi Azərbaycanın UEFA Gənclər Liqasında 2 komanda ilə təmsil olunmasına səbəb olub. “Qarabağ” Çempionlar Liqası yolunda, “Sabah” Çempionlar yolunda mübarizə aparıb.

Ardıcıl 12-ci dəfə avrokubokların əsas mərhələsinə adlayan “Qarabağ” özünün sahibi olduğu Azərbaycan rekordunu yeniləyib. Ağdam klubu 2014/15 mövsümündən başlayan seriya müddətində 2 dəfə UEFA Çempionlar Liqası, 9 dəfə UEFA Avropa Liqası, 1 dəfə UEFA Konfrans Liqasında əsas raunda yüksəlib.

Seçilən
2
publika.az

1Mənbələr