AZ

WP: “Maduro cinayət işinin bağlanmasını tələb edir”

AzVision.az “The Washington Post (WP)” nəşrinə istinadən xəbər verir ki, Venesuelanın keçmiş prezidentininvəkili Barri Pollak Tramp administrasiyasının Maduronun müdafiəsi üçün göstərilən hüquqi xidmətlərə pul ödəməsinə mane olduğunu iddia edib.

“ABŞ hökumətinin hərəkətləri cənab Maduronun hüquqlarını pozmaqla yanaşı, həm də bu məhkəmənin ABŞ Konstitusiyası ilə nəzərdə tutulan zəmanətlərə uyğun olaraq bütün təqsirləndirilən şəxslər üçün ədalətli məhkəmə araşdırmasının təminatı vəzifəsi ilə ziddiyyət təşkil edir. Buna görə də cənab Maduro onun işinin araşdırılmasının dayandırılmasını xahiş edir”,- vəkil Pollakın şikayətində deyilir.

Senat Trampın Venesuela siyasətini dəstəklədi
Onun sözlərinə görə, Vaşinqtonun sanksiyalarına baxmayaraq, ABŞ-nin Maliyyə Nazirliyi əvvəlcə Venesuela hökumətinin pul köçürməsinə icazə alıb, lakin bir neçə saat sonra Xarici Aktivlərə Nəzarət İdarəsi Maduronu vəkilə pul ödəmək üçün vəsaitsiz qoyub.

Barri Pollak həmçinin bildirib ki, ABŞ-nin Xarici Aktivlərə Nəzarət İdarəsi son zamanlar Venesuela hökuməti ilə, əsasən neft şirkətləri ilə bağlı bir neçə kommersiya əməliyyatını təsdiqləyib. Eyni zamanda, məhkəmə prosesində Nikolas Maduro ilə cavabdeh rolunda birgə iştirak edən onun həyat yoldaşına da Karakasdan pul köçürülməsinə icazə verilib.

Xatırladaq ki, ABŞ Konstitusiyası Maduroya vəkil xidməti hüququnu təmin edir. Maliyyələşdirmə probelmi həllini tapmasa, çox güman ki, məhkəmə Maduro üçün dövlət müdafiəçisi təyin etməli olacaq.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
10
1
azvision.az

2Mənbələr