AZ

Oruc tutar şəxs idmanla məşğul ola bilərmi? DİETOLOQ DANIŞDI

ain.az bildirir, Gununsesi portalına istinadən.

Ramazan ayında oruc tutmaq bədənimizə təsir edir və enerjimiz azalır.

Mütəxəsisslər hesab edir ki, oruc tutan insan idman edərkən diqqətli olmalıdır.

Maraqlıdır, oruc tutarkən idman etmək olarmı?

Mövzu ilə bağlı Gununsesi.info -ya danışan dietoloq Validə Şıxıyeva qeyd edib ki, oruc tutan adamın idmanla məşğul olmağı mümkündür, amma bunu diqqətlə planlamaq vacibdir.

Dietoloq bildirib ki, oruc tutarkən ağır fiziki fəaliyyətlərdən çəkinmək lazımdır:

“Yüngül və orta intensivlikdə məşqlər iftardan sonra daha faydalıdır. Səhər yeməyindən əvvəl qısa və yüngül məşqlər də mümkündür, amma enerji səviyyəsi aşağı ola bilər. Su itkisinin qarşısını almaq üçün məşqdən əvvəl və sonra kifayət qədər maye qəbul etmək önəmlidir.

Çəki qaldırmaq kimi ağır idmanlar oruc zamanı tövsiyə edilmir. İdman zamanı bədənə diqqət yetirmək, yorğunluq və başgicəllənmə kimi əlamətlər olarsa, dərhal dayandırmaq lazımdır. İftardan sonra balanslı qidalanmaq məşqlərin faydasını artırır”. 

Firuzə

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
icma.az

1Mənbələr