AZ

Venesueladan ABŞ‑a çağırış: “Yaptırımları və ablukaları dərhal götürün”

Venesuelanın müvəqqəti dövlət başçısı Delcy Rodríguez ABŞ‑dən ölkəsinə qarşı tətbiq olunan bütün iqtisadi sanksiyaların və ablukaların dərhal ləğv edilməsini tələb edib.

Editor.az xarici mediaya istinadla xeber verir ki, o, bu çağırışı paytaxt Caracasda keçirilən tədbirdə səsləndirib və Vaşinqtonla yeni əməkdaşlıq gündəmi yaratmaq istədiklərini vurğulayıb.

Rodriguez ABŞ‑ı “dost və tərəfdaş” adlandıraraq, ölkəsinə qarşı sanksiyaların yalnız iqtisadiyyatı deyil, gəncləri də əzməkdə olduğunu bildirib. Sözlərinə görə, Venesuela heç vaxt başqa bir ölkəyə təhlükə yaratmayıb və geosiyasi münasibətlərdə həmişə dostluq və əməkdaşlıq prinsipini üstün tutub. Bu müraciət ABŞ‑ın Venesuelaya qarşı tutduğu mövqeyə qarşı yeni diplomatik siqnaldır.

//Gülnarə Abasova, Editor.az

Seçilən
17
editor.az

1Mənbələr