AZ

Xocavənd şəhərinə köçən sakin: Burada yaşamaq çox qürurludur

Xocavənd şəhərinə ilk köç edən ailələr arasında Həsənovlar ailəsi də var. Uzun illər məcburi köçkün həyatı yaşayan ailə artıq doğma yurda qayıdaraq yeni mənzillə təmin olunub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Həsənovlar ailəsi illər boyu ölkənin müxtəlif bölgələrində çətin şəraitdə yaşayıb. Onlar bir müddət Bakı şəhərində natamam tikilidə məskunlaşaraq köçkün həyatı sürüblər. İndi isə Xocavənd şəhərində yaradılan şərait ailənin həyatında yeni mərhələnin başlanğıcı olub. Ailə 5 nəfərdən ibarətdir.

Ailənin böyük övladı İlqar Həsənov 2016-cı ilin Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında hərbi qulluqçu kimi iştirak edib. O, döyüş tapşırıqlarını layiqincə yerinə yetirdiyinə görə orden və medallarla təltif olunub.

Həsənovlar ailəsi üçün daha bir yaddaqalan hadisə Prezident İlham Əliyevin Xocavənd şəhərinə səfəri çərçivəsində onların evində qonaq olmasıdır. Ailə üzvləri həmin günü həyatlarının ən əlamətdar və unudulmaz günü kimi qiymətləndirirlər.

İlqar Həsənov APA-nın Qarabağ bürosuna açıqlamasında doğma yurda qayıdışı qürurlu və tarixi an kimi dəyərləndirib. Onun sözlərinə görə, uzun illərin həsrətindən sonra Xocavənddə yaşamaq ailə üçün böyük sevinc və qürur mənbəyidir.

Xocavənd Xocavənd Xocavənd Xocavənd Xocavənd Xocavənd Xocavənd Xocavənd Xocavənd Xocavənd
Seçilən
0
1
apa.az

2Mənbələr