Pakistanın Rusiyadakı səfiri Faysal Niyaz Tirmizi Moskva-İslamabad Media Forumunda bildirib ki, Əfqanıstan tərəfində müəyyən qeyri-sabitlik mövcuddur, lakin Pakistan bütün problemlərin aradan qaldırılacağına inanır. Olaylar.az xəbər verir ki, diplomatın sözlərinə görə, bu proses həm Pakistan, həm Əfqanıstan, həm də bütün region üçün faydalı olacaq.
"Hazırda Əfqanıstan tərəfdə müəyyən qeyri-sabitlik mövcuddur, lakin biz inanırıq ki, bu problemlər həll olunacaq və vəziyyət yaxşılaşdıqca hər şey mükəmməl şəkildə inkişaf edəcək. Bu həm ölkələrimizin gələcəyi, həm də bütün regionun maraqlarına uyğundur",- deyə səfir qeyd edib.Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31