AZ

43 yaşlı həkimin zob əməliyyatından sonra ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Xəzər Tibb Mərkəzinin həkim-neantoloqu Gülnarə Əkbərova vəfat edib. 43 yaşlı həkimin cərrahi əməliyyatdan sonra vəziyyətinin ağırlaşdığı və bu səbəbdən həyatını itirdiyi bildirilir. 

Qeyd edək ki, həyatını itirən həkimin bacısı Səkinə Əhədova saytımıza açıqlamasında Gülnarə Əkbərovanın həkim səhlənkarlığı nəticəsində öldüyünü iddia edib.
 

MÖVZU İLƏ BAĞLI:

43 yaşlı həkimin əməliyyatdan sonra ölümü ilə bağlı SENSASİON DETALLAR – “Şah damarını partlatdılar” - ÖZƏL


Məsələ ilə bağlı TƏBİB-ə müraciət etdik. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, ölüm halı TƏBİB tabeliyindəki tibb müəssisəsində baş verməyib. 

Mərhuumun özünün çalışdığı Xəzər Tibb Mərkəzi isə suallarımızı cavabsız qoyub.

Naibə Məmmədova, Bizim.Media

Seçilən
1
2
bizim.media

10Mənbələr