AZ

Zakir İbrahimov “Wood Mackenzie”nin vitse-prezidenti ilə görüşüb

Bakı. Trend:

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov “WoodMackenzie” beynəlxalq konsaltinq şirkətinin vitse-prezidentiMalkolm Forbs Kablın rəhbərlik etdiyi nümayəndə heyəti iləgörüşüb.

Z.İbrahimov ölkəmizdə aparılan iqtisadi islahatlar, əlverişliinvestisiya mühiti və dağ-mədən sənayesinə göstərilən dövlətdəstəyi sayəsində QSC-nin fəaliyyət sahələrində mühüm nailiyyətlərvə geniş təcrübə qazandığını qeyd edib.

Görüşdə “AzerGold”un strateji inkişaf prioritetləri, istehsalınartırılması və beynəlxalq bazarlara çıxış planları müzakirə olunub.Qeyd edilib ki, yaxın illərdə yeni yataqların istismara verilməsivə 2028-ci ildən yeni istehsal mərhələsinə başlanılmasıplanlaşdırılır. İnsan kapitalının gücləndirilməsi və beynəlxalqtəcrübənin tətbiqi əsas hədəflər sırasındadır.

Bildirilib ki, şirkət uzunmüddətli perspektivdə beynəlxalqgenişlənməni prioritet hesab edir və xüsusilə qızıl, həmçininperspektivli hallarda mis yataqları üzrə xarici layihələrə maraqgöstərir. İnvestisiya baxımından sabit və hüquqi bazası aydın olanölkələrə, eləcə də mövcud infrastruktur və hasilat bazasına malik“brownfield” layihələrə üstünlük verilir. Potensial əməkdaşlıqistiqamətləri kimi Mərkəzi Asiya ölkələri – Özbəkistan vəQazaxıstan qeyd olunub. Afrika ölkələrində də ilkin müzakirələrinaparıldığı bildirilsə də, bəzi regionlarda siyasi və institusionalrisklərin mövcudluğu vurğulanıb.

Malkolm Forbs Kabl təmsil etdiyi “Wood Mackenzie” şirkətininmədən sənayesi, enerji, neft-qaz və investisiya strategiyalarısahəsində qlobal təcrübəsindən bəhs edib. Fərqli ölkələrdə mədənsektorunda qanunvericiliyin təkmilləşdirilməsi, investisiyalarıncəlbediciliyinin artırılması üzrə layihələr barədə məlumatverilib.

Görüşdə Azərbaycanın mədən sektorunda beynəlxalq təcrübənintətbiqi, analitik alətlərdən istifadə və rəqabət qabiliyyətininartırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.Tərəflərqarşılıqlı maraq doğuran istiqamətlər üzrə müzakirələrin davametdirilməsi barədə razılığa gəliblər.

Məqalədə:
Seçilən
29
9
az.trend.az

10Mənbələr