AZ

Bakıda bu evlərdə kütləvi yoxlamalar başladı

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

2024-cü ildə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, ölkə ərazisində yaşadığı ünvan üzrə qeydiyyata düşməyən vətəndaşlar inzibati məsuliyyətə cəlb oluna bilərlər.

Globalinfo.az xəbər verir ki, son günlər polis əməkdaşları yaşayış ünvanlarına gedərək vətəndaşların qeydiyyatda olub-olmamasını yoxlayırlar.

Hüquqşünasların sözlərinə görə, kirayədə yaşayan şəxslər müvəqqəti qeydiyyata düşmədikləri halda, İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsinə əsasən onlara xəbərdarlıq edilə və ya 30 manat məbləğində inzibati cərimə tətbiq oluna bilər.

Qeyd olunur ki, məsələ araşdırılarkən kirayə münasibətləri rəsmiləşdirilməyibsə, müəyyən hallarda ev sahibi ilə bağlı vergidən yayınma faktı üzrə inzibati məsuliyyət məsələsi də gündəmə gələ bilər.

Bundan əlavə, mənzilin kirayəyə verilməsi zamanı tərəflər arasında notarial qaydada təsdiq olunmuş müqavilə bağlanmalıdır.

Qanunvericiliyə əsasən, kirayə haqqından ödəmə mənbəyindən vergi tutulur və bu məbləğ rəsmi gəlirin 14 faizi həcmində müəyyən edilir.

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
2
globalinfo.az

3Mənbələr