AZ

Əfqanıstan Pakistandakı nüvə obyektini vurduğunu iddia edib

Bakı, 27 fevral, AZƏRTAC

Əfqanıstan silahlı qüvvələri Pakistandakı nüvə obyektinə və Xayber-Paxtunxva əyalətinin Kakol şəhərindəki hərbi bazaya zərbələr endirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Əfqanıstanın “Ariana News” telekanalı məlumat verib. Telekanalın iddiasına görə, hücum nəticəsində yüzlərlə hərbçi öldürülüb və yaralanıb. Yaralılar təcili olaraq İslamabaddakı Pakistan Tibb Elmləri İnstitutuna aparılıb.

Qeyd edək ki, fevralın 26-da Əfqanıstan-Pakistan sərhədində yenidən döyüşlər başlayıb. Kabil Pakistanın Əfqanıstan ərazisinə son hava hücumlarına cavab olaraq hərbi əməliyyat keçirdiyini açıqlayıb. İslamabad toqquşmalarda 130-dan çox Əfqanıstan əsgərinin öldürüldüyünü iddia edib.

Seçilən
12
1
azertag.az

2Mənbələr