Ramazan ayında iftar süfrələrini yalnız ləzzətli yeməklər deyil, həm də faydalı içkilər bəzəyir. Belə içkilərdən biri də zəncəfil şərbətidir. Bu dadlı şərbət mədəyə yüngüllük bəxş edir.
Metbuat.az xəbər verir ki, zəncəfilin təbii komponentləri mədənin rahatladır və həzm sistemini yaxşılaşdırır. Lazım olanlar: Təzə zəncəfil kökü – 100-150 qram Su - 4 stəkan Bal və ya şəkər – 3-4 xörək qaşığı (zövqə görə) Limon suyu - 1 ədəd limondanHazırlanması:1. Zəncəfili soyub incə dilimlərə kəsin və ya rəndələyin.2. Bir qazanda suyu qaynadın. Su qaynamağa başlayanda zəncəfili əlavə edin.3. Qazanı zəif odda 10-15 dəqiqə qaynadın ki, zəncəfilin dadı və aroması suya keçsin.4. Ocaqdan götürüb şərbəti süzün.5. İsti şərbətə bal və limon suyu əlavə edin, yaxşı qarışdırın.6. İstəyinizə görə isti və ya soyudulmuş halda servis edin.Sadə və təbii tərkibli bu şərbət iftar masasına həm təravət, həm də sağlamlıq qatır. Zəncəfil şərbəti Ramazan süfrələrində getdikcə daha çox tərcih edilən içkiyə çevrilməkdədir.