Növbəti köç karvanları Kəlbəcər, Xocavənd şəhərlərinə və Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb.
ONN media xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə, 118 nəfər, Xocavənd şəhərinə 41 ailə, 138 nəfər, Horovlu kəndinə isə 40 ailə, 196 nəfər köçürülüb.
Qeyd edək ki, Kəlbəcər və Xocavənd şəhərlərinə, həmçinin Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.