AZ

“Lake Hotel”də dörd gəncin ölümündə təqsirləndirilən sahibkara HÖKM OXUNDU

Binəqədi Rayon Məhkəməsində Binəqədi rayonu ərazisindəki “Lake Hotel”də 4 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Ağasif Verdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ağasif Verdiyev 4 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il noyabrın 21-də paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsindəki “Lake Hotel” həyətində baş verib. Hotelin işçiləri -1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalov dəmir konstruksiyalı avadanlığı hotelin həyətinə gətirərkən ərazidən keçən yüksəkgərginlikli elektrik xəttinə toxunublar. Hadisə nəticəsində həmin dörd işçi elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

“Lake Hotel”in icarədarı Ağasif Verdiyev şübhəli şəxs qismində saxlanılıb və onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Seçilən
1
7
editor.az

8Mənbələr