AZ

Qazaxıstan prezidenti Serbiyaya səfər edəcək



Yax;n vaxtlarda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Serbiyaya rəsmi səfər edəcək.

Newscenter.az Akorda-ya istinadən xəbər verir ki, bu barədə dəvəti Serbiya prezidenti Aleksandr Vuçiç qazaxıstanlı həmkarı görüşdə edib.

Məlumat üçün qeyd edək ki, Vuçiçin Astanaya rəsmi səfəri çərçivəsində Qazaxıstan və Serbiya prezidentləri kiçik formatda danışıqlar aparıblar.

Kasım-Jomart Tokayev qeyd edib ki, Qazaxıstan Serbiyanı Avropada vacib strateji tərəfdaş hesab edir və bir sıra sahələrdə, xüsusən də iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığı gücləndirmək üçün çox iş görülüb.

“Astana ilə Belqrad arasında birbaşa aviareys açılıb. Ticarət münasibətlərimiz uğurla inkişaf edir. Qazaxıstanda 60-dan çox Serbiya şirkəti səmərəli fəaliyyət göstərir. Əsas beynəlxalq məsələlərdə ortaq mövqelərimiz var. Buna görə də hesab edirəm ki, iki ölkə arasında əməkdaşlıq üçün möhkəm və effektiv təməl qoyulub. Əminəm ki, səfəriniz dostluq münasibətlərimizə yeni təkan vermək baxımından çox vacibdir”, - deyə Tokayev bildirib.

Aleksandar Vuçiç qonaqpərvərliyə görə qazaxıstanlı həmkarına minnətdarlığını bildirib.

“Ölkələrimiz arasında həqiqətən strateji münasibətlərin qurulması fikri ilə tamamilə razıyam. Dəstəyiniz sayəsində ticarət-iqtisadi münasibətlərimiz yüksək templə inkişaf edir. İnanıram ki, gələcəkdə süni intellekt, informasiya texnologiyaları və enerji sahələrində əməkdaşlıq qurmaqla dostluğumuz yeni səviyyəyə qalxacaq. Sizi yaxın gələcəkdə ölkəmizdə salamlamağa hazırıq”, - deyə Serbiya prezidenti bildirib.

Süleyman
Seçilən
0
newscenter.az

1Mənbələr