"Yeni, şəffaf və effektiv idarəetmə sistemi qurmalıyıq. Hər kəsin öz vəzifələrini aydın şəkildə yerinə yetirdiyi yerdə xaos, korrupsiya və ya bürokratik təzyiq olmayacaq".
Newscenter.az Qırğızıstan prezidentinin mətbuat xidmətinə istinadən bildirir ki, bunu prezident Sadir Japarov Qırğızıstanın 2025-ci ildə sosial-iqtisadi inkişafının nəticələri və qarşıdakı illər üçün planlar üzrə respublika müşavirəsində çıxışı zamanı deyib.
O bildirib ki, yalnız belə bir nizamla bütün məqsədlərimizə çata, dövlətə etimadı gücləndirə və Qırğızıstanın böyüməsini və inkişafını təmin edə bilərik.
Prezidentin çıxışında regionların inkişafına, yerli idarəetmə orqanlarının səmərəliliyinin artırılmasına, dövlət xidmətlərinin rəqəmsallaşdırılmasına, şəffaflığın təmin edilməsinə və korrupsiyaya qarşı mübarizəyə xüsusi diqqət yetirilib. Japarov, ölkənin strateji inkişaf məqsədlərinə çatmaq üçün bütün hakimiyyət qollarının səylərini daha da birləşdirməyin vacibliyini vurğulayıb.
Süleyman