Türkiyədə ağır yol qəzasında azərbaycanlı həlak olub.
BAKU.WS xəbər verir ki, ötən gün yaşanan qəza zamanı iki yük maşınını toqquşub. Hadisə Sivas-Tokat yolunun Çamlıbel bölgəsində baş verib.
Hadisədə sürücü ölüb, iki nəfər isə yaralanıb. 41 yaşlı sürücü Azərbaycan vətəndaşı Elməddin Qurbanov olub. O aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Elməddinin meyiti Cumhuriyet Universitetinin Tibb fakültəsinin morquna aparılıb.
Xəsarət alan iki nəfər isə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.