AZ

Bayram ərəfəsində bu məhsullar bahalaşa bilər - SİAYHI

"Novruz və Ramazan bayramları ərəfəsində təkcə ət deyil, bir sıra digər məhsullarda bahalaşma gözlənilir".

Bunu BAKU.WS-ə açqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib

Onun sözlərinə görə, təcrübə göstərir ki, bu dövrdə məhsuldan asılı olaraq qiymətlər orta hesabla 10-25 faiz aralığında yüksələ bilər:

"Bayram ərəfəsində tələbatın artması ilə bir sıra məhsullarda qiymət yüksəlişi müşahidə olunur. Bunlara ət və ət məhsulları, quru meyvələr və çərəzlər (fındıq, qoz və s.), şirniyyat və un məmulatları, xurma, yumurta, şəkər tozu, bəzi tərəvəzlər və çörək məhsulları, ədviyyatlar daxildir.

Bu artım həm artan tələbatla, həm də psixoloji faktorla bağlıdır. Cəmiyyət artıq bayram öncəsi bahalaşmaya alışıb və bu da bazarda əlavə gözlənti effekti yaradır.

Dövlət əsas istehlak mallarında kəskin qiymət sıçrayışlarının qarşısını almaq üçün müəyyən nəzarət mexanizmlərindən istifadə edir. Lakin bazar iqtisadiyyatı şəraitində, xüsusilə azad rəqabət mühitində, tələbatın kəskin artdığı dövrlərdə qiymət artımının tam qarşısını almaq mümkün deyil".

Orxan Hüseyn

Seçilən
10
far.az

1Mənbələr