AZ

Elm və təhsil sahələrində data idarəçiliyinin tətbiq edilməsi nəzərdə tutulur

Bakı, 27 fevral, AZƏRTAC

Dövlət informasiya ehtiyatlarında və sistemlərində toplanılan məlumatların, eləcə də Əhalinin Dövlət Reyestri, məhkəmə işləri, ünvan reyestri, daşınmaz əmlakın dövlət reyestri, vətəndaşlıq vəziyyəti aktları, elm və təhsil, əhalinin sağlamlığının qorunması və səhiyyə, sosial güzəşt və imtiyazlar, nəqliyyat vasitələri və onların xüsusiyyətləri, kommersiya qurumları və digər sahibkarlıq subyektləri üzrə məlumatların keyfiyyətinin artırılması və mərkəzləşdirilmiş data idarəçiliyinin tətbiqi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nda qeyd edilib.

Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 27-də “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

 

Seçilən
11
azertag.az

1Mənbələr