Şamaxıda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
APA xəbər verir ki, bu barədə Şamaxı rayon prokurorluğu məlumat yayıb.
Məlumata görə, fevralın 26-da Şamaxı rayonu ərazisində 1979-cu il təvəllüdlü Könül Eminovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla Könül Eminovanın yetkinlik yaşına çatmayan şəxs tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şamaxı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
***
05.17
Şamaxıda qətl hadisəsi baş verib.
APA-nin Şirvan bürosu xəbər verir ki, Şamaxıda oğul ögey anasını qətlə yetirib.
Hadisə fevralın 26-da gecə saatlarında Şamaxı şəhərində qeydə alınıb. Belə ki, Şərifzadə küçəsi, 37 nömrəli evdə yaşayan 1979-cu il təvəllüdlü Könül Eminova kəsici alətdən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən ögey oğlu, 2009-cu il təvəllüdlü M.B. saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.