BAKI, 27 fevral. TELEQRAF
Rəqəmsal dövlət xidmətlərinin, o cümlədən sənədlərin “bir pəncərə” prinsipi əsasında yalnız “Mygov” və “Mygov Biznes” platformaları (onların portalı və mobil tətbiqləri) vasitəsilə təqdim edilməsi nəzərdə tutulub.
Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev təsdiqlədiyi “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı” yer alıb.
Sənədə əsasən, dövlət xidmətləri üzrə yaradılmış portal və mobil tətbiqlərin ləğvi və xidmətlərin “Mygov” və “Mygov Biznes” platformalarında birləşdirilməsi həyata keçiriləcək.